Bitərəf deputatların MSK üzvlüyünə namizədləri müəyyənləşib – SİYAHIbackend

Bitərəf deputatların MSK üzvlüyünə namizədləri müəyyənləşib – SİYAHI

Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.

“Report” həmin şəxslərin siyahısını əldə edib.

Siyahını təqdim edirik:

1. Arifə Muxtarova

2. İlham Məmmədov

3. Nizami Nadirxanlı

4. Fuad Cavadov

5. Qabil Orucov

6. Nailə Əsgərova

7. Aydın Muradov.

Bu siyahıdakı şəxslərdən 6 nəfəri MSK üzvlüyünə, 1 nəfəri isə MSK-nın ehtiyat üzvü kimi təsdiqlənəcək.

Yeni siyahıda indiyədək MSK sədrinin müavini olmuş Rövzət Qasımovun adı yer almayıb.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən, Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Məsələ gələn həftə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

  •  (0)
  •  (0)