Bir yaşlı İnci anası süd qızdıran zaman yanıb – FOTObackend

Bir yaşlı İnci anası süd qızdıran zaman yanıb – FOTO

Lənkəranda baş vermiş bədbəxt hadisə nəticəsində 1 yaş 10 aylıq körpə ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun ailəsi məlumat verib.

Körpənin anası Həmidli Ceyran bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Mən 2020-ci il təvəllüdlü qızım İnciyə süd qızdırmaq üçün digər otağa keçmişdim. Bu zaman İnci çaydana tərəf gəlib və üzərinə aşırdıb. Onun vəziyyəti hal-hazırda çox ağırdır. Dördüncü dərəcəli yanıq xəsarətləri alıb. Ona görə də Lənkərandan Bakıya gətirmişik. İmkanımız çox aşağıdır. Bizə nə qədər pul lazım olacağını demək çox çətin olsa da, dərmanlara çox miqdarda pul ödəyirik. İmkanlı şəxslərdən İncinin həyatını xilas etməyimiz üçün bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: 050-372-91-23 (Ceyran Həmidli)

  •  (0)
  •  (0)