Bir sıra erməni rəsmilərinin bəyanatları müəyyən gərginlik yaradır – Lavrovbackend

Bir sıra erməni rəsmilərinin bəyanatları müəyyən gərginlik yaradır – Lavrov

44 günlük müharibədən əvvəl bir sıra erməni rəsmi şəxsləri “yeni müharibə, yeni ərazilər” kimi emosional açıqlamalar verirdi.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, bu fikirlərdən qaçmaq lazım idi: “Bəzi erməni rəsmi şəxslərinin bəyanatları yəqin ki, müəyyən gərginlik yaradır”.

Qeyd edək ki, müharibədən əvvəl Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirmişdi.

  •  (3)
  •  (0)