Bir ölüb, min dirilirik: Hərbçimizin Mübarizi doğuldu – FOTObackend

Bir ölüb, min dirilirik: Hərbçimizin Mübarizi doğuldu – FOTO

Bu gün dünyaya daha bir Azərbaycan əsgəri göz açdı. Həm də hərbçi övladı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşüb qazi olan, yenidən könüllü döyüşlərə qatılan Qusar rayon sakini Xəyal Məmmədovun üçüncü övladı dünyaya gəlib.

Hokm.az xəbər verir ki, qəhrəman əsgərimiz dünyaya göz açan övladına Milli Qəhrəman Mübariz İbrahimovun adını verib, onun da Mübariz kimi hərbçi olacağını deyib.

X.Məmmədov Aprel döyüşlərində qəhrəmanlıqlar göstərib. Hazırda da vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edir.

Polad iradəli, mübariz ruhlu Azərbaycan əsgəri hər zaman var olub, həmişə də var olacaq!Publika.az

  •  (0)
  •  (0)