Bir il sinəsində bıçaq olduğunu hiss etməyibbackend

Bir il sinəsində bıçaq olduğunu hiss etməyib

Filippinli gənc Kent Rayan Tomao bir ildən artıq müddətdə sinəsindəki bıçağı hiss etməyib.

Hokm.az milli.az-a istinadən xəbər verir ki, bıçağı onun sinəsinə xuliqanlar batırıb. Gənc oğlan bir il əvvəl bıçaqlanan zaman həkim onun yarasına baxıb və rentgen etmədən onu tikib.

Tomao etiraf edib ki, hava soyuq olan zaman ağrılar hiss edib. Lakin bunun səbəbini bir neçə gün əvvəl hiss edib. Bəlli olub ki, bu müddət ərzində bıçaqla gəzib.

  •  (0)
  •  (1)