Bir gündə daha 19 şagird koronavirusa yoluxdu – 3 sinifdə dərslər dayandırıldıbackend

Bir gündə daha 19 şagird koronavirusa yoluxdu – 3 sinifdə dərslər dayandırıldı

Təhsil Nazirliyi ölkədə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son statistikanı açıqlayıb.

Hokm.az xəbər verir ki, sentyabrın 24-də 94 şagird, 2 işçi heyətinin hərarət 37 dərəcədən yüksək olub. Bu gün 19 şagirddə koronavirus aşkarlanıb. İşçi heyət arasında yoluxma isə 3 olub.

Bu gün daha 3 sinif distant təhsilə keçib. Distant təhsilə keçən məktəb olmayıb.

  •  (0)
  •  (0)