Dünyanın bir sıra ölkələrində Feysbuka məxsus İstaqram sosial şəbəkəsində və “WhatsApp” mesencerinin işində problemlər yaranıb.
Hokm.az “Report”a istinadən xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidmətinin saytında bildirilir.
Sosial şəbəkədən ən çox şikayətlər ABŞ-dan, Rusiyadan, Argentinadan, Braziliyadan, Böyük Britaniyadan, Almaniyadan və Avropanın digər başqa ölkələrindəndir.
Xidmətin məlumatına görə, istifadəçilərin əksəriyyəti (təxminən 76 %) xəbər lentinə baxışla problemlərlə üzləşiblər. Bununla yanaşı, təxminən 15 % istifadəçi sosial şəbəkəyə daxil ola bilmir. Eyni zamanda istifadəçilərin 23 %-i bildirib ki, fəaliyyət tarixçəsinə baxmaqdan məhrum olub.
“WhatsApp” mesencerinin 71 faizi isə tətbiqin işində problem yaşandığını bildirib. 26 faiz istifadəçi isə mesajların göndərilməsində və qəbulunda çətinik çəkir. Cəmi 1 faiz istifadəçi öz hesabına daxil ola bilmir.