Bir ay əvvəl “Barselona”ya gəldi, indi narazıdırbackend

Bir ay əvvəl “Barselona”ya gəldi, indi narazıdır

“Barselona”nın yeni baş məşqçisi Ronald Kuman klubdakı durumdan narazıdır.

Hokm.az qol.az-a istinadən xəbər verir ki, bununla əlaqədar “Marca” qəzeti məlumat yayıb.

Mənbə bildirir ki, hollandiyalı mütəxəssis özünə münasibətdə bəzi inamsızlıqlar hiss edir. Xüsusən son vaxtlar həyara keçirilən bəzi transferlər Kumanın ürəyincə olmayıb. Öncə mütəxəssisə vəd edilib ki, transferlərlə bağlı qərarları Kuman özü qəbul edə biləcək. Amma onlardan bəziləri məşqçinin iştirakı olmadan həyata keçirilib. Bildirilir ki, Kuman klubun prezidentinin və direktorlarının onu müdafiə etmədiyini düşünür.

Qeyd edək ki, R.Kuman bu il avqustun 19-da Kike Setyenin istefaya göndərilməsindən sonra “Barselona”nın baş məşqçisi təyin olunub.

  •  (0)
  •  (0)