Binəqədidə məişət tullantıları antisanitar vəziyyət yaradıb – İcra hakimiyyəti tədbir görmür (VİDEO)backend

Binəqədidə məişət tullantıları antisanitar vəziyyət yaradıb – İcra hakimiyyəti tədbir görmür (VİDEO)

Binəqədi rayonunda məişət tullantıları əhalinin narahatçılığına səbəb olur.

Manset.az-a müraciət edən “Favorit” market binasının sakinləri bildiriblər ki, Mircəlal 59K ünvanında zibil qutuları günlərlə təmizlənmir.Nəticədə tərkibində maye olan tullantıların suyu küçəyə axır. Beləliklə küçəni üfunət iyi bürüyür və antisanitar vəziyyət yaranır.

Sakinlər iddia edir ki, problemə görə dəfələrlə Binəqədi rayon İcra hakimiyyətinin “16-46 Qaynar Xətt” xidmətinə müraciət ediblər. Lakin məsələ ilə bağlı heç bir tədbir görülməyib.

Binəqədi rayonunda məişət tullantıları əhalinin narahatçılığına səbəb olur. Sakinlər bildiriblər ki, Mircəlal 59 ünvanında zibil qutuları günlərlə təmizlənmir.Nəticədə tərkibində maye olan tullantıların suyu küçəyə axır. Beləliklə küçəni üfunət iyi bürüyür və antisanitar vəziyyət yaranır.Sakinlər iddia edir ki, problemə görə dəfələrlə Binəqədi rayon İcra hakimiyyətinə müraciət ediblər.Məsələ ilə bağlı heç bir tədbir görülmür.

  •  (0)
  •  (0)