Binəqədidə avtomobil səkkiz yaşlı uşağı vurubbackend

Binəqədidə avtomobil səkkiz yaşlı uşağı vurub

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Əhmədli İbrahim Yusif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)