Binəqədi Gənclər Evi gənc psixoloqları bir araya gətirir – FOTOLARbackend

Binəqədi Gənclər Evi gənc psixoloqları bir araya gətirir - FOTOLAR

Binəqədi Gənclər Evi gənc psixoloqlar üçün təcrübə proqramı başlayıb. Adıçəkilən qurumda proqramın açılış mərasimi baş tutub. Açılış nitqi ilə çıxış edən proqramın meneceri, psioxoloq Ofelia Əliyeva Binəqədi Gənclər Evinin fəaliyyətindən, burada gənclər üçün yaradılan şəraitdən bəhs edib.

Gənc sahibkar Mikayıl Mirzəzadə bildirib ki, hər bir cəmiyyətin inkişafı onun ayrı-ayrı fərdlərinin psixoloji vəziyyətindən bilavasitə asılıdır. O qeyd edib ki, gənclərin fiziki və psixoloji sağlamlığının təmin olunması qarşıda duran əsas istiqamətlərdən biridir: “Binəqədi Gənclər Evinin təcrübə təcrübə proqramı gənclərin qarşısında geniş imkanlar açır. Bütün gənc psixoloqları bu layihədən faydalanmağa dəvət edirəm”.

Daha sonra söz gənc psixoloqlara verilib. Onlar proqramla bağlı gözləntilərini, öz təcrübələrini gənclərlə bölüşüblər.

Qeyd edək ki, proqramın meneceri Ofelia Əliyeva Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Uniceff, Binəqədi Rayon Gənclər Evinin əməkdaşı, fərdi konsultant və təlimçi kimi fəaliyyət göstərir.

Proqram, hazırda “Psixologiya” ixtisasında təhsil alan və ya yeni bitirmiş tələbələr üçün nəzərdə tutulub.

♻️Proqram müddətində:

✔️Psixoterapiyanin mərhələləri

✔️Koqnitiv davranış terapiya

✔️Psixoanaliz

✔️Geştalt terapiya

✔️Əldə edilən bilikləri müxtəlif keyslər üzərində tətbiq etmək şansı əldə edəcəklər.

Təcrübə proqramının mahiyyəti psixoloji görüşün keçirilməsi üçün lazımlı olan bilik və bacarıqların nəzəri və praktik şəkildə onlarla paylaşılmasıdır.

Nəzərdə tutulan proqramın fərqliliyi, hər şeydən öncə tam təchizatlı psixoloqların yetişməsində lazım olan ancaq nəzəri yox, praktika yönümlü bacarıqların onlara qazandırılması, bilikləri tətbiq etmək üçün isə əlverişli şəraitin olmasıdır.

  •  (2)
  •  (0)