Binəli Yıldırım Nikol Paşinyana ÇAĞIRIŞ ETDİbackend

Binəli Yıldırım Nikol Paşinyana ÇAĞIRIŞ ETDİ

“Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün sülh müqaviləsi təklifini irəli sürür. Ermənistan bunu düzgün dəyərləndirməlidir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun panel müzakirələrində deyib.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan təkcə vədlə kifayətlənməli deyil, o, praktiki işlər görməlidir.

“Ermənistan sülh üçün iradə nümayiş etdirsə, Türkiyə də onunla münasibətləri normallaşdıracaq. Biz qarşılıqlı anlayış zəminində Cənubi Qafqazın potensialını birlikdə inkişaf etdirməliyik”, – deyə B.Yıldırım əlavə edib.

  •  (1)
  •  (1)