Binəli Yıldırım da koronavirusa yoluxdubackend

Binəli Yıldırım da koronavirusa yoluxdu

Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım koronavirusa yoluxub.

Hokm.az xəbər verir ki, bu barədə Binəli Yıldırım Tvitter hesabında yazıb.

“Bu gün Semiha xanımla birlikdə Ankara xəstəxanasına getdik. Verdiyimiz testlərin nəticəsi pozitiv çıxdı. Vəziyyətimiz yaxşıdır. Həkimlər evdə qalmağımızı məsləhət bildilər”, – Yıldırım yazıb.

  •  (0)
  •  (2)