Bill Qeytsdən peyvəndlərlə bağlı yeni AÇIQLAMA: “Hələ 3-4 il gücləndirici dozalara davam etməliyik”backend

Bill Qeytsdən peyvəndlərlə bağlı yeni AÇIQLAMA: “Hələ 3-4 il gücləndirici dozalara davam etməliyik”

“Microsoft”un qurucusu Bill Qeyts pandemiya və peyvəndlərlə bağlı diqqətçəkən açıqlamalar verib.

Hokm.az bildirir ki, vaksinlərin təkrar yoluxmanın qarşısını almadığını deyən iş adamı qurucusu olduğu fondun bu vəziyyəti düzəldəcək peyvəndlər üzərində işlədiyini vurğulayıb. “Super peyvəndlər”dən danışan Qeyts, “Fond tərəfindən maliyyələşdirilən elm adamları infeksiyaya yoluxmağınızın qarşısını alan peyvəndlər üzərində işləyirlər. Amma bunlar ən yaxşı halda 3-4 il vaxt tələb edəcək. O vaxta qədər biz gücləndirici dozalara davam etməliyik. Xüsusilə də yaşlılar və ya xroniki xəstəlikləri olan insanlar üçün”, – deyə bildirib.

Qeyts peyvənd yolu ilə insanlara çiplərin yerləşdirilməsi barədə iddialara bu cür reaksiya verib:

“2015-ci ildə pandemiyanın baş verəcəyi və on milyonlarla insanın ölümünə səbəb olacağı ilə bağlı qorxularımı bildirdim. Fondum insanların həyatını xilas etmək üçün peyvənd tədqiqatını maliyyələşdirir, onlara milyardlarla dollar xərcləyirəm. Peyvəndlərdə yerləşdirilən çip ideyası mənasızdır. Niyə insanların harada olduğunu bilmək istəyim? Bu məlumatlarla nə edəcəm?”.

Lazımi addımlar atıldığı təqdirdə yeni bir pandemiyanın qarşısının alına biləcəyini bildirən Qeyts, qlobal epidemiyaya qarşı səfərbərlik üçün yaradılan “GERM” komandasına ildə 1 milyard dollar sərmayə qoyacağını da açıqlayıb.sfera.az

  •  (1)
  •  (0)