Bill Qeyts səssizliyi pozdu – “Ucuz olarsa…”backend

Bill Qeyts səssizliyi pozdu – “Ucuz olarsa…”

“Microsoft”un qurucusu, ABŞ-ın ən böyük torpaq mülkiyyətçisi olan Bill Qeyts son illərdə kənd təsərrüfatı torpaqlarına niyə investisiya yatırdığı barədə səssizliyini pozdu.

Hokm.az xəbər verir ki, sosial media platforması “Reddit”də “Məndən soruş” tədbirinə qatılan Qeyts bir istifadəçinin “Niyə bu qədər əkin sahəsi alırsan” sualını cavablandırıb.

Bill Qeyts satınalmaların iqlimlə əlaqəli olmadığını və investisiya qrupunun buna üstünlük verdiyini bildirib: “Kənd təsərrüfatı vacib sektordur. Məhsuldar toxumlar sayəsində meşələrin qırılmasının qarşısını ala və hazırda iqlim problemi ilə qarşı-qarşıya olan Afrikaya kömək edə bilərik.

Bioyanacaqların nə qədər ucuz satılacağı hələ bilinmir, amma ucuz olarsa, karbon emissiyası problemi həll oluna bilər”.teleqraf.com

  •  (0)
  •  (0)