Bill Qeyts pandemiyanın BİTMƏSİNDƏN DANIŞDI: “Bu, xoşagəlməz görünə bilər, lakin…”backend

Bill Qeyts pandemiyanın BİTMƏSİNDƏN DANIŞDI: “Bu, xoşagəlməz görünə bilər, lakin…”

“Koronavirusun yeni ştamı olan “omikron”un yaranması xəstəliyin dalğalarının qısalmasına və pandemiyanın 2022-ci ildə bitməsinə səbəb ola bilər”.

Hokm.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu amerikalı milyarder Bill Qeyts bildir.
O deyib ki, koronavirus pandemiyası bayram mövsümündə insanlar üçün xoşagəlməz görünə bilər, lakin bu problem sonsuza qədər davam etməyəcək.
“Əgər yaxşı xəbər varsa, o, “omikron”nun sürətlə yayılmasıdır. Ştam ölkədə dominant olmağa başlayanda, oradakı dalğa üç aydan az davam etməlidir”, – milyarder vurğulayıb.
“”Omikron” o qədər sürətlə yayılacaq ki, ölkəyə hakim olmağa başlayanda oradakı dalğa üç aydan az davam etməlidir.
O deyib ki, bu bir neçə ay pis keçə bilər, lakin düzgün addımlar atılsa, pandemiya 2022-ci ildə sona çata bilər.
Qeyts əlavə edib ki, “omikron” artıq yaxın dostlarını “vurub” və tətil planlarını ləğv etməli olub.publika.az
  •  (0)
  •  (0)