Bill Qeyts pandemiyanın bitəcəyi tarixi AÇIQLADIbackend

Bill Qeyts pandemiyanın bitəcəyi tarixi AÇIQLADI

“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts koronavirus pandemiyasının bitmə vaxtı ilə bağlı proqnozunu açıqlayıb.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, Bill Qeytsin fikrincə, dünya 2022-ci ilə qədər normal vəziyyətə qayıda bilər.

“Problem ondadır ki, biz bütün planetdə pandemiyanın bitməsi üçün yetəri qədər səy göstərmirik”, – deyə Qeyts bildirib.

Onun sözlərinə görə, ABŞ artıq payız aylarında normal vəziyyətə qayıdacaq. Ölkədə bütün məktəblər açılacaq, restoranlar fəaliyyətini qismən bərpa edəcək və idman tədbirləri keçiriləcək.

İş adamı hesab edir ki, pandemiya üzərində qələbə qazanmaq üçün vaksinasiya məsələsində bütün dünyaya yardım etmək lazımdır.

 

 

  •  (0)
  •  (0)