Bill Qeyts Bakının Neftçilər prospektindəki məşhur otelə də sahibləndi… – FOTOLARbackend

Bill Qeyts Bakının Neftçilər prospektindəki məşhur otelə də sahibləndi… – FOTOLAR

Xəbər verildiyi kimi texnologiya nəhəngi “Microsoft”un investisiya fəaliyyətlərini icra edən “Cascade Investment” şirkəti “Four Seasons Hotel and Resort” otellər şəbəkəsinin 2.21 milyard dollar dəyərindəki səhmlərini satın alıb

Hokm.az Türkiyə və Rusiya mediasına istinadla xəbər verir ki, dünyanın 4-cü varlı admaı olan amerikalı milyarder Bill Qeytsə məxsus investisiya şirkəti “Cascade Investment” tanınmış otellər şəbəkəsinin nəzarətini ələ keçirməklə şəbəkənin  Bakı, İstanbul və Moskvadakı otellərinə də sahib olub.

B.Qeytsin şirkəti Səudiyyə Ərəbistanı şahzadəsi Əlvalid bin Talalın oteldəki səhmlərinin təxminən yarısını 2.21 milyard dollara satın alıb. Bu satınalma ilə investisiya şirkəti otellər şəbəkəsindəki payını 47,5%-dən 71,3%-ə yüksəldəcək ki, bununla da, ümumilikdə 10 milyard dollarlıq səhmlərin sahibi olacaq.

Qeyd edək ki, 1960-cı ildə əsası qoyulan “Four Seasons Hotel and Resort” hazırda aralarında Azərbaycanın da olduğu 47 ölkədə 121 otel və istirahət mərkəzi və 46 yaşayış kompleksi ilə təmsil olunur. Şirkətin təsisçisi və İdarə Heyətinin Sədri Kanadalı biznesmen İsador Şarp isə “Triples Holdings Ltd.” vasitəsilə otellər şəbəkəsindəki 5%-lik səhmini əlində saxlamağa davam edir.
Bakıda“Four Seasons Hotel and Resort”  otel şəbəkəsinə daxil olan və artıq Bill Qeytsin sahibləndiyi otel Neftçilər prospektinin əvvəlində yerləşən, Xəzər dənizinə və İçərişəhərə gözəl mənzərələri açılan bir mehmanxanadır.

Bundan başqa bəhs edilən şəbəkəyə Türkiyənin İstanbul şəhərindəki “Four Seasons” otelləri, Rusiyanın  Moskva və Sankt-Peterburq  şəhərlərindəki “Moskva” otelləri də daxildir.

moderator.az

  •  (0)
  •  (1)