Bill Qeyts 27 ildən sonra arvadından ayrılırbackend

Bill Qeyts 27 ildən sonra arvadından ayrılır

“Microsoft” şirkətinin banisi, milyarder Bill Qeyts xanımı Melinda Qeytsdən boşanır.

Hokm.az “TRT Haber”ə istinadla xəbər verir ki, cütlük bununla bağlı birlikdə açıqlama yayıb.

“Fond üzərində birlikdə çalışmağa davam edəcəyik, amma artıq bir cüt olaraq həyatımızın bu yeni mərhələsində birlikdə yaşaya biləcəyimizə inanmırıq”, – Qeyts cütlüyü vurğulayıb.

27 illik nikah dönəmində üç uşağa sahib olan Qeytslər boşanmanın maliyə tərəfini açıqlamayıblar.

  •  (0)
  •  (0)