Bill Klinton xəstəxanaya yerləşdirildi – Reanimasiyada müalicə olunurbackend

Bill Klinton xəstəxanaya yerləşdirildi – Reanimasiyada müalicə olunur

ABŞ-ın keçmiş prezidenti Bill Klinton Kaliforniyadakı xəstəxanaya yerləşdirilib.

Hokm.az xəbər verir ki, bu barədə “CNN”nə siyasətçinin sözçüsü məlumat verib. Qeyd olunur ki, siyasətçinin xəstəxanaya yerləşdirilməsinə səbəb infeksiya olub.

“Virus düşüncəsi ilə xəstəxanaya aparıldı amma əksinə başqa bir şeydən qanına infeksiya daxil olduğu məlum olub. Antibiotiklərlə müalicə olunur və həkimlər müalicəyə müsbət reaksiya verdiyini söyləyirlər” telekanal belə bildirib.

Həkimlər infeksiyanın səbəbinin sidik yolları ilə əlaqələndiriblər. Onların fikrincə, yaşlı insanlarda belə problemlər nadir deyil və asanlıqla müalicə olunur. Həkimlər onu da qeyd ediblər ki, Klintonun sağlamlıq səbəbindən deyil, məxfilik və təhlükəsizlik səbəbindən reanimasiya şöbəsində müalicə olunur.

  •  (0)
  •  (0)