Bill Geytsin Türkiyəyə niyə gəldiyi üzə çıxdı: Məqsəd istirahət etmək deyilmiş – Bir neçə gündür…backend

Bill Geytsin Türkiyəyə niyə gəldiyi üzə çıxdı: Məqsəd istirahət etmək deyilmiş – Bir neçə gündür…

Bir həftə əvvəl Türkiyənin Bodrum bölgəsinə gələn iş adamı Bill Geytsin səfəri barədə bəzi məqamlar üzə çıxıb.

Hokm.az Metbuat.az-a istinadən xəbər verir ki, məşhur iş adamı Türkiyəyə istirahət etmək məqsədi ilə gəlməyib. İş adamı bölgədə 3 milyon kvadrat metr ərazi almaq istəyir. Məlumata görə, Bill Geyts alacağı ərazinin Muğla və Aydın rayonları arasında olmasını istəyir. Türkiyə mətbuatı yazır ki, Bill Geyts Türkiyədə məşhur iş adamının evində qalıb. Onu 30 mühafizəçi və həftəlik icarə haqqı 1 milyon 800 min avro olan qayıq müşayət edir.

  •  (0)
  •  (1)