Bill Geyts yenə koronavirusdan DANIŞDI: “Bəxtimiz gətirsə…”backend

Bill Geyts yenə koronavirusdan DANIŞDI: “Bəxtimiz gətirsə…”

“Microsoft” şirkətinin prezidenti Bill Geyts koronavirus sınaqlarından danışdı.

Hokm.az Modern.az-a istinadən xəbər verir ki, o, All Markets Summit konfransında çıxışı zamanı bu il koronavirusa qarşı vaksinin tapılmayacağını söyləyib.

“Əgər bəxtimiz gətirsə, sınaqların 3-cü mərhələsində olan 6 preparatdan 2 ya 3-ü bizdə olacaq. Pfizer şirkətinin bu sahədə ilk vakisini yaratmaq üçün bütün şansları var” – deyə Geyts söyləyib.

İş adamının fikrincə, ilin əvvəlində AstraZeneca, Johnson and Johnson, Novavax, Moderna və Sanofi şirkətlərinin yeni vaksin təqdim edə biləcəyini söyləyib.

  •  (0)
  •  (0)