Aprel döyüşçüsü məhkəmədə bəraət aldıbackend

Aprel döyüşçüsü məhkəmədə bəraət aldı

Xəbər verdiyimiz kimi Biləsuvar rayonu, Bəydili kənd sakini Qarayev Orxan Əligulla oğlu ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə verilib.

Hokm.az xəbər verir ki, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə 22 sentyabr 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxılıb. Cinayət işinə məhkəmədə baxılarkən, Qarayev Orxan Əligulla oğluna elan olunmuş ittiham öz təsdiqini tapmamış, Biləsuvar Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 1(022)-105/2020 saylı hökmü ilə Qarayev Orxan Əligulla oğlu Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilmiş və əməlində cinayət tərkibi olmadığına görə, Qarayev Orxan Əligulla oğluna bəraət verilib.

Qeyd edək ki, Biləsuvar rayonu, Bəydili kənd sakini Qarayev Orxan Əligulla oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiyəsi ilə əlaqədar 2016-cı il aprel ayında keçirilmiş döyüş əməliyyatlarının iştirakçısı olub, 2-ci dərəcəli əlildir.

Belə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməkdə təqsirləndirilərək, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkəməyə verilmişdir.

  •  (3)
  •  (2)