Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alanlardan dördünün kimliyi məlum olub.
Hokm.az “Report”a istinadən xəbər verir ki, bunlar Astara rayon sakinləri – 1981-ci il təvəllüdlü Süleymanov Natiq Baloğlan oğlu, 2005-ci il təvəllüdlü Rəqsanə Süleymanlı, 1982-ci il təvəllüdlü Qəhrəmanova Əsmər Akif qızı və Masallı rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğludur.
Ölən və digər yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
__________________
09:23
Biləsuvarda mikroavtobus aşıb, ölən var.
Hokm.az-ın verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.
Mikrovtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, nəqliyyat vasitəsinin içində olan şəxslərdən 1 nəfər ölüb, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.report
















