Biləsuvarda dəhşətli yol qəzası – ölən və yaralanan varbackend

Biləsuvarda dəhşətli yol qəzası – ölən və yaralanan var

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Hokm.az “Report”a istinadla xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, motosiklet əvvəlcə “Priora” markalı minik avtomobili ilə toqquşub. Daha sonra idarəetməni itirən minik avtomobili “Kamaz” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb, minik avtomobilinin sürücüsü isə xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Hazırda ölən və yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)