Biləsuvarda DƏHŞƏTLİ HADİSƏ – 86 yaşlı kişi…backend

Biləsuvarda DƏHŞƏTLİ HADİSƏ – 86 yaşlı kişi…

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1935-ci il təvəllüdlü Şahsuvarov Şirzahid Ayaz oğlu özünü kənd ərazisindən keçən Cənubi-Muğan su kanalına ataraq intihar edib.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. Report

  •  (0)
  •  (0)