Bezos vəzifəsindən gedirbackend

Bezos vəzifəsindən gedir

“Amazon”un qurucusu Ceff Bezos şirkətin baş direktoru vəzifəsindən ayrılır.

Hokm.az xəbər verir ki, bu ilin üçüncü rübündə Bezos səlahiyyətlərini Endi Cessiyə təhvil verəcək.

Dünyanın ən varlı insanları siyahısında ilk sıralarda yer alan milyarder şirkətin idarə heyətindəki yerini qoruyacaq.

Qeyd edək ki, “Amazon”un rüblük gəliri ilk dəfə 2020-ci ilin son rübündə 100 milyard dolları keçib.

Şirkət 2020-ci ildə əvvəlki ilə nisbətən 38% böyüyərək 386,1 milyard dollar gəlir əldə edib.

  •  (0)
  •  (0)