“Bezmişik düşmənlə danışıq aparmaqdan” – Ali Baş Komandanbackend

“Bezmişik düşmənlə danışıq aparmaqdan” – Ali Baş Komandan

Ermənilərin qanusnuz məskunlaşması ilə bağlı onlara söz deyən varmı?! Niyə bu illər ərzində buna riayət edilməməsinə baxan yoxdur?!

Hokm.az xəbər verir ki, bunu AzTV vasitəsilə xalqa müraciət edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.

Prezident qeyd edib ki, havadarları Ermənistana geniş imkanlar açıblar:

“Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz. Sanki onlar öz reallıqlarını bizə yeritmək istəyirlər. Biz yeni reallıq yaratmışıq, indi hamı bizim reallığımızla barışmalıdır.

Biz torpaqlarımızı azad etməyə başlayanda hər tərəfdən təzyiqlər başladı. 28 ildə süründürmçilikdən, danışıqlardan bezmişik, biz bezmişik düşmənlə danışıq aparmaqdan. Özü də deyirdilər ki, ancaq sülh, başqa varinatı yoxdur. Biz BMT qətnamələrinin təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq, hesablaşın. Amma bunların fəaliyyəti Ermənistanı, Xocalı soyqırımını törədəni, Gəncəni ballistik raketlə bombalayanı müdafiə etməkdir”.Modern.az

  •  (1)
  •  (0)