Növbəti brifinqlərdə biz bəzi dövlət qurumlarına olan münasibət barədə məlumat verəcəyik. Onlar arasında çox ciddi mənfi münasibətə malik olan hakimiyyət inustutları var. Düşünürəm bu məsələ daha ciddi şəkildə araşdırmalıdır.
Bu sözləri millət vəkili Zahid Oruc bu gün keçirilən brifinqdə şəhid və qazilərə ayrılan sosial paketlər haqqında anews.az-ın sualına cavab olaraq bildirib.
“Şəhid və qazi ailələrinə dövlət tərəfindən təyin olunan sosial paketlər durumundan asılı olaraq 1500- 1700 manat arasında qədər qiymətləndirilir. Düşünürəm ki, şəhid ailələri eləcə də qazilərimiz cəmiyyətdə ən yaxşı əmsalla yüksək səviyyədə yaşamalıdır. Onların hər birinin evi, maşını, işi olmalıdır”.
Zahid Oruc onu da qeyd etdi ki, bu istiqamətdə ciddi araşdırmalar aparılmalıdır.
“Həm birinci Qarabağ, həm ikinci Qarabağ müharibəsində şəhid ailələri və qazilərimizə xüsusi diqqət olmalıdır. Yardım kampaniyalarını elə adamlar etməlidir ki, onlara cəmiyyətdə hörmət və münasibət yüksək olsun. Hansisa məmurdan aslı qalmasınlar. YAŞAT fondu da bu istiqamətdə yaradılıb ki, dünyada yaşayan 50 milyon insan bu yardımda iştirak edə bilsin. Biz də öz növbəmizdə Sosial Tətqiqatlar Mərkəzi olaraq dövlətə üç qapalı arayış təqdim etmişik. Gələcəkdə də üzərimizə düşən işləri görəcəyik” – deyə deputat əlavə edib.
















