Beynəlxalq Real Aykido Federasiyası respublikadaxili kəmər imtahanı keçirib – FOTObackend

Beynəlxalq Real Aykido Federasiyası respublikadaxili kəmər imtahanı keçirib – FOTO

Beynəlxalq Real Aykido Federasiyası noyabrın 28-də “44 Günlük Zəfər Yolu” adlı 8-ci respublikadaxili kəmər imtahanı keçirib.

Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanan tədbirdə 200-dən çox idmançı iştirak edib. İmtahanda 100 iştirakçı növbəti kəmər uğrunda mübarizə aparıb.

İmtahanı uğurla verən iştirakçılar yeni idman dərəcələri ilə təltif olunublar.

Həmçinin tədbirdə Federasiya Prezidenti Fariz Abdullayev məşqçiləri yeni sertifikat və vəsiqələr ilə təltif edib.

  •  (5)
  •  (0)