Beyləqanda maşın ağaca çarpılıb: Ölən və yaralananlar varbackend

Beyləqanda maşın ağaca çarpılıb: Ölən və yaralananlar var

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Hokm.az-a verilən məlumata görə, hadisə iyunun 9-u saat 17 radələrində rayonun Bolsulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini İ.Əliyev idarə etdiyi “VAZ-21013” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan Məyiş Hüseynov orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

  •  (0)
  •  (0)