Beyləqanda faciəvi hadisə – QADIN ÖLDÜbackend

Beyləqanda faciəvi hadisə – QADIN ÖLDÜ

Beyləqan rayonunda yol qəzası olub.

Hokm.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 25-də saat 10 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Y.Cuvarlının idarə etdiyi “VAZ-21154” və S.Bayramovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə Y.Cuvarlının xəsarət alan sərnişini Könül Cəfərova xəstəxanaya yerləşdirilib və aprelin 26-da orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  •  (0)
  •  (0)