Beyləqanda ağır qəza – Ölən və yaralılar varbackend

Beyləqanda ağır qəza – Ölən və yaralılar var

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza bu gün saat 12 radələrində Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı Beyləqan rayon Türklər kənd sakini 1958-ci il təvəllüdlü Aydınov Murad Nupil oğlunun idarə etdiyi 11-BJ-137 dövlət nömrə nişanlı “VAZ-21011” və Beyləqan rayon İkinci Aşıqlı kənd sakini 1958-ci il təvəllüdlü Ağayev Hidayət Seyidimran oğlunun sükan arxasında olduğu 11-BX-921 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ-21011”nin sürücüsü dünyasını dəyişib, “07”nin sürücüsü və avtomobildə olan sərnişinlər-Beyləqan rayon İkinci Aşıqlı kənd sakinləri Pətiyeva Güləndam Kərim Qızı, Paşayeva Zülfiyyə Kərim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Beyləqan rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (2)