Beş yaşlı uşaq əfv olunan atasını qarşılamağa gəldibackend

Beş yaşlı uşaq əfv olunan atasını qarşılamağa gəldi

Prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunaraq 15 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Zakir Mustafayevi qarşılamağa gələnlər arasında onun azyaşlı övladı da olub.

Hokm.az xəbər verir ki, 5 yaşlı Əliəsgər Mustafayevin cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan atasını boynuna sarılaraq qucaqlaması ətrafdakı insanların göz yaşlarına səbəb olub.

Ailəsinin sözlərinə görə, 2015-ci il təvəllüdlü Əliəsgər Mustafayev atası həbs olunan zaman 4 aylıq olub.

Z.Mustafayev əfv olunduğu üçün Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Z.Mustafayev 2015-ci ildə Nardaran hadisələrinə görə həbs olunmuşdu.Report

  •  (3)
  •  (0)