Beş yaşlı oğlu ilə yoxa çıxan qadının HƏYAT YOLDAŞI DANIŞDI: sonra məlum oldu ki… – FOTObackend

Beş yaşlı oğlu ilə yoxa çıxan qadının HƏYAT YOLDAŞI DANIŞDI: sonra məlum oldu ki… – FOTO

Tovuz rayonun Aşağı Quşçu kəndində beş yaşlı oğlu ilə yoxa çıxan Tacirə Aslanovanın həyat yoldaşı Elçin Quliyev hadisə ilə bağlı Publika.az-ın yerli bürosuna danışıb.

“Tacirə Aslanova mənim həyat yoldaşımdır, N.Quliyev də oğlumdur. Oktyabrın 30-u günü mən işə getmişəm, anam yas yerinə gedib, atam isə xəstə olduğu üçün evdə yatılı olub. Gəldim gördüm yoxdur. O, gündən bir xəbər ala bilmirik. Atasına xəbər etdim, dedilər kənddə olar. Sonra məlum oldu ki, kənddə də yoxdur. Qızımı evdə qoyub, oğlumun və özünün sənədlərini götürüb gedib. Təxminən 1 ay öncə belə bir hadisə olub” – deyə E.Quliyev bildirib.

Məlumat üçün bildirək ki, hadisə Tovuz rayonunun Aşağı Quşçu kəndində baş verib. Kənd sakini 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı, 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabrın 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Tacirə Aslanovanın itkin düşməsi ilə bağlı Tovuz rayon Polis Şöbəsinə məlumat verilib və hüquq mühafizə orqanı əməkdaşları ana və uşağın axtarışına başlayıblar.

  •  (0)
  •  (0)