Cəbhədə döyüşən hərbçimiz Nadir İbadov 5 ildən sonra üçəm atası olub. O, bu barədə xəbəri elə cəbhədə olarkən alıb.
Hokm.az xəbər verir ki, bu barədə AzTV-nin hazırladığı reportajda bildirilib.
Bildirilir ki, həmin çavuş iki oğlan, bir qız atası olub. Qəhrəman döyüşçülərimizin şərəfinə oğlanlara Polad və Mübariz, qıza isə Mehriban adı verilib.
















