Bərdəyə atılan raketin qalıqları – FOTObackend

Bərdəyə atılan raketin qalıqları – FOTO

Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunu atəşə tutması nəticəsində aşkar edilən raket qalıqları toplanıb.

Hokm.az bildirir ki, Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, raket qalıqları ANAM əməkdaşları tərəfindən aşkar edilərək götürülüb. Raket qalıqları təhlükəsizlik məqsədilə xüsusi ayrılmış əraziyə aparılaraq orada zərərsizləşdiriləcək.

Xatırladaq ki, oktyabrın 27-si və 28-də Ermənistan silahlı qüvvələri Bərdə rayonunda dinc sakinlərin yaşadığı əraziləri raket atəşinə tutub. Hadisə nəticəsində 21 nəfər həlak olub, 70 nəfərə yaxın şəxs isə yaralanıb.

  •  (0)
  •  (0)