Bərdənin atəşə tutulması nəticəsində bir FHN əməkdaşı həlak olubbackend

Bərdənin atəşə tutulması nəticəsində bir FHN əməkdaşı həlak olub

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən, bu gün Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Nəticədə, 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.

Mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı raket atəşi nəticəsində həlak olub, bir əməkdaşı isə ağır yaralanıb.

  •  (0)
  •  (0)