Bərdədə qəza nəticəsində iki nəfər ölüb, yaralananlar varbackend

Bərdədə qəza nəticəsində iki nəfər ölüb, yaralananlar var

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bərdə-Tərtər yolunun Lager adlanan ərazisində baş verib.

Belə ki, “VAZ-2107” və “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması zamanı “VAZ-21011” markalı minik avtomobili yanıb.

Hadisə nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb. Xəsarət alanlar: Bərdə rayon sakinləri – 1986-cı il təvəllüdlü Rəhimli Rövşən Teymur oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Elgiz Edilxan oğlu və Tərtər rayon sakinləri – 1995-cil il təvəllüdlü Əliyev İsgəndər İsrail oğlu, 1989-cu il təvəllüdlü Abbasov Elşad Mübariz oğludur.

  •  (0)
  •  (0)