Bərdədə karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıbbackend

Bərdədə karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb

Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Hokm.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Nazırlı kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibi İ.Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

  •  (1)
  •  (0)