Bərdədə həlak olanlar torpağa tapşırıldılar – FOTObackend

Bərdədə həlak olanlar torpağa tapşırıldılar – FOTO

Məlum olduğu kimi, ötən gün Ermənistan silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc əhaliyə qarşı növbəti cinayəti Bərdədə törədib. 

Hadisə nəticəsində həlak olan 4 nəfər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı bu gün torpağa tapşırılıb.

Hokm.az qafqazinfo-ya istinadən Ehtiram İsmayılov, Ofeliya Cəfərova və Aybəniz Əhmədovanın dəfnindən fotoları təqdim edir:

  •  (0)
  •  (0)