Bərdədə faciə: Ana və iki yaşlı oğlu öldübackend

Bərdədə faciə: Ana və iki yaşlı oğlu öldü

Bərdədə ana və azyaşlı övladı dəm qazından zəhərlənərək ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün şəhərin Sənaye küçəsindəki beşmərtəbəli yaşayış binasında baş verib.

Belə ki, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Ayşən Yusifova Eldəniz qızı və övladı 2019-cu il təvəllüdlü Tunar Əliyev Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

  •  (0)
  •  (1)