Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənə məxsus daha 2 “Smerç” bu gün məhv edilib – VİDEObackend

Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənə məxsus daha 2 “Smerç” bu gün məhv edilib – VİDEO

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

Bu barədə Hokm.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.

  •  (1)
  •  (0)