Bərdə sakinləri Prezidentin və ordunun ətrafında səfərbər olub – Elçin Əmirbəyovbackend

Bərdə sakinləri Prezidentin və ordunun ətrafında səfərbər olub – Elçin Əmirbəyov

Ermənistan silahlı qüvvələri Bərdə şəhərinin dinc sakinlərinə hücum məqsədilə beynəlxalq konvensiyalarla qadağan edilmiş kaset bombalarından istifadə edib.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov xarici diplomatların iştirakı ilə Bərdədə keçirilən brifinqdə deyib.

O bildirib ki, xarici diplomatların hücuma məruz qalmış bölgəyə səfərinin məqsədi ermənilərin Bərdə və Tərtər sakinlərinə qarşı vəhşiliyinin bilavasitə şahidi olmaqdır.

E.Əmirbəyov qeyd edib ki, bu hücuma baxmayaraq, hazırda Bərdə sakinləri Prezidentin və ordunun ətrafında səfərbər olub:

“Bu gün aydındır ki, Ermənistan hökuməti münaqişənin diplomatik tənzimlənməsi yoluna qayıtmaq niyyətində deyil. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT Minsk qrupu həmsədrləri ilə birgə danışıqların aparılmasına baxmayaraq, Ermənistan Azərbaycanın dinc əhalisinə hücuma başladı”.

  •  (1)
  •  (1)