“Neftin qiyməti qalxandan bəri ölkədə avtomobil yanacağının qiymətinin artacağı barədə fikirlər irəli sürülür. Ancaq hazırki vəziyyətdə yanacağın qiymətinin qalxması məsələsi real görünmür. Hökumət bu addımı atmaz. Çünki benzin və dizel yanacağının qiymətinin növbəti dəfə qalxması çox böyük problemlərə səbəb ola bilər”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
“Azərbaycanın dövlət büdcəsində kifayət qədər vəsait var. Ona görə də benzinin qiymətinin artmasına ehtiyac görmürəm. Əhalinin maaşını, pensiyasını, sosial təminatını nəzərə alaraq, bu addımı atmaq düzgün olmaz. Benzin və dizel yanacağının qiymətinin artması aztəminatlı əhali üçün çox böyük zərbə ola bilər”.