“Belə olsa, Rusiya ilə sülh imzalanacaq” – Zelenskidən yeni AÇIQLAMAbackend

“Belə olsa, Rusiya ilə sülh imzalanacaq” – Zelenskidən yeni AÇIQLAMA

“Rusiya ordusu 25 gündür uydurduğu Ukrayna nasistlərini axtarır, lakin tapa bilmir”.

Sfera.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Rus əsgərlərinin Ukraynada hərbi cinayətlər törətdiyini qeyd edən Zelenski, “Ən əsası, rus əsgərləri evlərinə qayıda bilmirlər və bizim əsgərlərimiz onlara Allahın hüzuruna çıxmağa kömək edir”deyə, qeyd edib.

Martın 20-də İsrail parlamentinin xüsusi iclasına videokonfrans vasitəsilə qoşularaq deputatlara müraciət etdiyini xatırladan Zelenski İsrail xalqından gözlədikləri dəstəyi ala biləcəklərini qeyd edib.

Zelenski sülhə nail olmaq üçün Rusiya prezidenti Vladimir Putinlə dialoqun qurulmasının zəruriliyinə diqqət çəkib və sözlərini belə davam etdirib:

“İsrailin baş naziri bizi Rusiya ilə dialoqa çağırır və mən buna görə minnətdaram. Söhbət Putinlə dialoqdan gedir. Bu,gec-tez baş verəcək və hətta Qüdsdə də görüş keçirmək mümkündür. Əgər bu mümkün olsa, sülh əldə ediləcək”.

Martın 20-də 4 humanitar dəhlizin açıldığını və 4 mini Mariupoldan olmaqla ümumilikdə 7 min 295 nəfərin təxliyə edildiyini bildirən Zelenski təxliyə əməliyyatlarının davam etdiriləcəyini deyib.

  •  (1)
  •  (2)