“Belə olsa, bu il ReAL 160 min manat dövlət maliyyəsi alacaq”backend

“Belə olsa, bu il ReAL 160 min manat dövlət maliyyəsi alacaq”

Parlament partiyası olduğumuz üçün qanuna əsasən Respublikaçı Alternativə dövlət tərəfindən maliyyə ayrılmalıdır.

Hokm.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov şəxsi Feysbuk hesabında yazıb.

Partiya sədri bildirib ki, 2021-ci ildə partiyalara bütövlükdə 4 milyon manatın verilməsi nəzərdə tutulub:

“Onun 40%-i parlamentdəki 11 partiya arasında bərabər bölünür. Bildiyimə görə, partiyalardan biri bu vəsaitdən imtina edib. Deməli, 1 milyon 600 min manat 10 partiya arasında bölünəcək. Belə olsa, bu il ReAL 160 min manat dövlət maliyyəsi alacaq”.

  •  (0)
  •  (0)