Belarus Ukrayna ərazisində xüsusi əməliyyat keçirdi – Lukaşenko açıqladıbackend

Belarus Ukrayna ərazisində xüsusi əməliyyat keçirdi – Lukaşenko açıqladı

Belarus Ukrayna ərazisində xüsusi əməliyyat keçirib.

Hokm.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko açıqlama verib.

Onun sözlərinə görə, əməliyyat Ukraynada saxlanılan Belarus vətəndaşlarının azad olunması üçün aparılıb.

“Ukraynalıları xəbərdarlıq etdim ki, adamlarımızın azadlığı üçün xüsusi əməliyyat keçirməli olacağıq. Biz bu əməliyyatı keçirdik və adamlarımızı azad etdik”.

Qeyd edək ki, daha öncə Belarus qüvvələrinin Ukrayna ərazisinə hərbi müdaxilə etməsinə dair məlumatlar yayılmışdı. Hazırda bu ölkənin ərazisi Rusiyanın Ukraynaya qarşı intervensiyasında plasdarm rolunu oynayır.Redaktor.az

  •  (0)
  •  (0)