Belarus hökuməti İSTEFA VERDİbackend

Belarus hökuməti İSTEFA VERDİ

Belarus hökuməti prezident seçkilərinin qalibinin rəsmi olaraq elan edilməsindən əvvəl istefaya gedib.

Hokm.az-ın məlumatına görə, bu barədə “Belta” agentliyi məlumat yayıb.

Bildirilib ki, ölkə konstitusiyasının 106-cı maddəsinə və “Belarus Respublikasının Nazirlər Şurası haqqında” qanunun 9-cu maddəsinə uyğun olaraq, hökumət yeni seçilmiş dövlət başçısına istefasını təqdim edir.

Qeyd edək ki, Minskdə günlərdir davam edən etiraz mitinqlərinə baxmayaraq, Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun 80,1 faiz səslə qalib gəldiyini açıqlayıb.Qazet.az

  •  (1)
  •  (2)