BƏƏ-İsrail razılaşmasına Pakistandan REAKSİYA: “Bu, Kəşmirdən imtinaya bərabərdir”backend

BƏƏ-İsrail razılaşmasına Pakistandan REAKSİYA: “Bu, Kəşmirdən imtinaya bərabərdir”

Pakistanın Baş naziri İmran Xan fələstinlilər haqlarını əldə etməyincə, İsraili tanımayacaqlarını bildirib.

Hokm.az xəbər verir ki, İ.Xan Pakistanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İsraillə münasibətlərini normallaşdırmaq məqsədi ilə əlaqədar əldə etdiyi razılaşmaya oxşar addım atmağı düşünmədiyini söyləyib.

Baş nazir bildirib ki, İsraili tanımaq Hindistanla mübahisəli ərazi olan Kəşmirdən imtina etməyə bərabərdir. O, hər iki problemin eyni tarixi köklərə sahib olduğunu bildirib.

Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın Fələstin iddiasını qeyd-şərtsiz dəstəkləməyə davam etdiyini vurğulayan Xan, “İsrailə qarşı mövqeyimiz açıqdır. Fələstinlilər öz haqlarına qovuşmalıdırlar. Bu, yalnız iki dövlətli bir həll yolu ilə mümkün ola bilər”, – deyə qeyd edib.Publika.az

  •  (2)
  •  (0)